Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır

4-10-2022, 10:27           
Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır
Müdafiə naziri Zakir Həsənov oktyabrın 3-də həm Bakıda Israilin müdafiə naziri Benyamin Qansı qəbul edib israilli həmkarıyla hərbi-texniki əməkdaşlıq məsələrini müzakirə edib, həm də İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb.
Müdafiə Nazirliyindən yayılan məlumatda tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyin bildirilib. Eyni gündə bir-birinə düşmən olan iki dövlətin – İsrailin və İranın müdafiə sistemlərinə başçılıq edən şəxslərin Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı?
İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil, bunu Azərbaycanın daxili işi sayır və qarışmır, İran isə əksinə Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır, bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir, üstəgəl Bakıya zəng edən Hüseyn Baqeri bir müddət əvvəl Azərbaycanla bağlı təhdid mahiyyətli açıqlama vermişdi. Görünən odur ki, rəsmi Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır. Azərbaycan ordusunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması əsas vəzifədir.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru