İran XİN: Rusiyanın “referendumlarını” tanımırıq

5-10-2022, 09:17           
İran XİN: Rusiyanın “referendumlarını” tanımırıq
“İran Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçirilən “referendumlarını” tanımır”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bəyan edib.

“İslam Respublikası həmişə olduğu kimi, öz prinsipial mövqelərinə uyğun olaraq, beynəlxalq hüququn əsas norması kimi bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin, həmçinin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmətlə yanaşılmasının zəruriliyini vurğulayır”, - deyə Kənani bildirib.

O əlavə edib ki, Tehran sülhün, sabitliyin və əmin-amanlığın gedişatını poza biləcək bütün təxribatçı fəaliyyətlərə qarşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru