İslam və yalan - İran ya yalandan, ya da İslam adından imtina etməlidir
6-10-2022, 00:02
Biz İranın nə qədər yalançı olduğunu bilirdik. İndi isə Ukrayna və bütün dünya da bunun canlı şahidinə çevrilir. İran Ukrayna hədəflərinə zərbələr endirmək üçün fəal şəkildə istifadə edilən dronların Rusiyaya çatdırılmasını rəsmən rədd edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib: "İran İslam Respublikası Ukrayna münaqişəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin çatdırılması ilə bağlı dərc edilmiş məlumatı əsassız hesab edir və bu məlumatları təsdiq etmir". Yalan və İslam. İran heç olmasa, dövlət adını dəyişsin. İslam adı ilə yalan bir araya sığmır. Heydər Oğuz Teref.az