Putin Rusiyada özü üçün çox təhlükəli situasiya yaradıb” - Politoloq

6-10-2022, 08:08           
Putin Rusiyada özü üçün çox təhlükəli situasiya yaradıb” - Politoloq
Səfərbərlik elan edərək və Ukraynanın 4 əyalətinin bir hissəsinin ilhaqı cəhdini tətbiq edərək Rusiya Prezidenti Vladimir Putin özü üçün çox təhlükəli situasiya yaradıb. RF başçısı özünün yaxın silahdaş qruplaşması ilə fikir ayrılığı yaradıb.

Bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski «Feyqin Live»nin efirindən danışıb («UNİAN»).

«Səfərbərliyə gedərək, ilhaqla bağlı istənilən gələcək danışıqlar imkanını pozaraq, o, hər gün özü ilə və yaxın silahdaşlarından ibarət qrup arasında artan fikir ayrılığı yaradıb - bu, çox təhlükəli situasiyadır» - politoloq bəyan edib.

Ekspert əlavə edib ki, Putinin şəxsi maraqları ilə silahdaşlardan ibarət qruplaşmanın şəxsi maraqları arasında artıq uçurum var. Piontkovski deyib ki, həm də Prezidentlə və onun dəstəyinin bazası arasında uçurum dərinləşir.

Politoloq qeyd edib ki, bunun göstəricisi olaraq, RF-da orta sinif səfərbərlikdən qaçıb.

(Azpolitika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru