Rusiya xəbərdarlıq etdi: Bu ölkələrə...

6-10-2022, 11:48           
Rusiya xəbərdarlıq etdi:
“Rusiya üçün neftin qiymətinə hədd tətbiq edən ölkələrə neft satmaq məqsədəuyğun deyil”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, neftin qiymətinə məhdudiyyət qoyulması qiymətinin artmasına səbəb olacaq.

O bildirib ki, ölkənin büdcəsi neftin bir barelinin qiymətinin 70 dollar məbləğində satışına uyğun formalaşdırılıb:

"Avropa ölkələri tərəfindən neftin qiymətinə qoyulan məhdudiyyət Rusiyada neft hasilatının müvəqqəti azalmasına, eləcə də neft daşınmasının qiymətinin və daşınma müddətinin artmasına səbəb olacaq".

A.Novak OPEK+ qərarından sonra Rusiyanın bu il 530 milyon ton, gələn il isə 490 milyon ton neft hasil edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru