"Daha 70 min döyüşçü hərbi əməliyyatda iştirak etməyə hazırdır" - Kadırovdan Putinə DƏSTƏK

8-10-2022, 12:20           
"Daha 70 min döyüşçü hərbi əməliyyatda iştirak etməyə hazırdır" -
“Çeçenistandan daha 70 min döyüşçü Ukraynadakı hərbi əməliyyatda iştirak etməyə hazırdır”

Teref.az Konkret.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqramda yazıb.
Onun sözlərinə görə, hazırda döyüş bölgəsində Çeçenistandan olan 10 min insan var.

“Bizə çoxlu könüllülər gəlir. Mən minlərlə, on minlərlə cəbhə xəttinə getməyə, dövlətimiz uğrunda döyüşməyə, ali baş komandanın əmrini yerinə yetirməyə hazır olan çeçenləri demirəm. Mən şadam ki, Rusiyanın hər yerindən bizə bu qədər könüllü gəlir. Onlar bizimlə xidmət etmək, dövlətimizin maraqlarını müdafiə etmək üçün birgə mübarizə aparmaq istəyirlər”, – deyə Çeçenistan rəhbəri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru