“Yubelyar” qəzəblidir, qəzəbli adamda isə ağıl olmur...

9-10-2022, 00:05           
“Yubelyar” qəzəblidir, qəzəbli adamda isə ağıl olmur...
Baltik dənizində Rusiya üçün həyati əhəmiyyətli, fəxr mənbəyi olan “Şimal Axını 1\2” naməlum səbəblərdən məhv edildi – Kreml bunu uddu, indi də Putinin qüruru olan Krım körpüsü Putinin yubeleyində ad günü tortu kimi yandı, hələ ki, Rusiya mediası hadisənin texniki səbəbləri haqqında danışır, birbaşa Ukraynanı günahlandırmır, amma günün sonuna Rusiyanın publik məkanında ağızların köpüklənməsinə, sözlü aqressiyanın pik nöqtəyə çatmasına şahidlik edəcəyik. Artıq Şoyqu Kreml təbliğatçıları rərəfindən hədəfə gəlib, “günah keçisinə” bir nömrəli namizəd həyatında heç vaxt hərbi xidmətdə olmayan, amma general rütbəsində gəzən Rusiyanın müdafiə naziridir.
Ukrayna öz ərazisini işğaldan təmizləmək istəyində, bunun üçün istənilən əməlində tam legitim davranır, amma həm də “stavkalar” artır – Rusiya çox vəhşi addımlar ata, Ukraynanın şəhərlərini xarabalığa çevirmək üçün əlində olan bütün vasitələrdən istifadə edə bilər. Ümid edirəm ki, həm Ukrayna, həm də Qərb ölkələri bunu nəzərə alacaqlar, Qərb indi ilk növbədə ölkə səmasını tam qapatmaq üçün Ukraynanı daha effektiv hava hücumundan müdafiə vasitələri ilə sürətlə təmin etməlidir. “Yubelyar” qəzəblidir, qəzəbli adamda isə ağıl olmur...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru