“Barışıq Amerika və Rusiya arasında bağlanmalıdır” – “Tramp sülhə ümiddir”

12-10-2022, 09:24           
“Barışıq Amerika və Rusiya arasında bağlanmalıdır” –
Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, müharibənin başa çatması barədə danışıqlar ABŞ və Rusiya arasında getməlidir, amma Co Baydenin iştirakı ilə yox. Özünün rusiyayönlü mövqeyi ilə məşhur olan Orban Ukraynada atəşin dayandırılması barədə ABŞ və Rusiya arasında danışıqlara çağırıb.

Macarıstan hökumətinin başçısı bu məsələdə ABŞ-ın eks-prezidenti Donald Trampa ümid edir, «Spiegel» xəbər verir.

«Barışıq Rusiya və Ukrayna arasında yox, Amerika və Rusiya arasında bağlanmalıdır. Kim fikirləşirsə ki, müharibə Rusiya-Ukrayna danışıqları ilə başa çatmalıdır, bu dünyada yaşamır. Hakimiyyət reallığı başqadır» - Orban deyib.

Onun sözlərinə görə, Ukrayna rusiyalı işğalçılara qarşı ona görə dura bilir ki, ABŞ-dan hərbi dəstək alır.

Orban həm də anladıb ki, ABŞ-ın fəaliyyətdə olan Prezidenti Co Baydeni Amerika tərəfi ilə danışıqlarda uyğun iştirakçı hesab etmir.

«Mənim dediyim bir qədər kobud səslənəcək. Amma sülhə ümid - bu, Donald Trampdır» - Orban deyib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru