Çin, rusların Ukraynanı raket atəşinə tutmasına reaksiya verib – “Dialoqa çağırırıq”

12-10-2022, 09:34           
Çin, rusların Ukraynanı raket atəşinə tutmasına reaksiya verib –
Çin bəyan edib ki, Rusiya mülki hədəflərə miqyaslı raket zərbələri endirəndən sonra, Ukraynada situasiyanın pisləşməsindən narahatlıq keçirir.

Bu barədə Çin XİN mətbuat katibi Mao Nin çərşənbə axşamı Pekində brifinqdə bəyan edib. Xəbəri «Bloomberq» yayıb (UNİAN).

«Biz, cari situasiyanın inkişafından narahatıq və uyğun tərəfləri özlərinin fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə çağırırıq» - Mao Nin deyib.

Xanım mətbuat katibi qeyd edib ki, «situasiyanın deeskalasiyasında konstruktiv rol onamaq üçün Pekin beynəlxalq birliklə işləməyə hazırdır».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru