“Putin bunu səhv hesablayıb” - Bayden

12-10-2022, 11:28           
“Putin bunu səhv hesablayıb” - Bayden
"Rusiya Prezidenti Vladimir Putin Ukraynanı zəbt etmək və xalqını ram etmək qabiliyyətini səhv hesablayıb".

Bunu ABŞ Prezidenti Co Baydenin CNN telekanalına müsahibəsində deyib.

"Onun dediklərinə qulaq asın. O, bütün rusdilliləri birləşdirən Rusiyanın lideri olmaq üçün səbirsizlənir. Məncə, bu, məntiqsizdir", - Bayden deyib.

Baydenin sözlərinə görə, Putin Ukraynanı ələ keçirə biləcəyinə inanırdı, lakin Ukrayna xalqı onun səhv etdiyini tez bir zamanda göstərdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru