İranlı mütəxəssislər Ukraynada ruslara yardım edir - Rəsmi Kiyev

12-10-2022, 17:57           
İranlı mütəxəssislər Ukraynada ruslara yardım edir - Rəsmi Kiyev
Ruslar “Şahid-136” kamikadze pilotsuz təyyarələrini işə salmaq üçün işğal olunmuş Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətirib.

Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

“İranlılar Jeleznı limanı, Qladovtsı (Xerson vilayəti) və Cankoy (Krım) qəsəbələrində yerləşdirilirlər. Onlar ruslara kamikadze pilotsuz uçuş aparatlarından istifadə etməyi öyrədirlər və Ukraynanın mülki hədəflərinə, xüsusən Nikolayev və Odessaya hücumlara birbaşa olaraq pilotsuz təyyarələrin buraxılmasına nəzarət edirlər”, - məlumatda deyilir.

Qeyd olunur ki, iranlı təlimatçılar rusların işğal zamanı ələ keçirdikləri binalarda yerləşdirilib. //axar.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru