Lavrov: “Rusiya Azərbaycan və Ermənistanla üçtərəfli razılaşmaların mümkün qədər tez reallaşmasına çalışacaq”

13-10-2022, 00:06           
Lavrov: “Rusiya Azərbaycan və Ermənistanla üçtərəfli razılaşmaların mümkün qədər tez reallaşmasına çalışacaq”
Lavrov: “Rusiya Azərbaycan və Ermənistanla üçtərəfli razılaşmaların mümkün qədər tez reallaşmasına çalışacaq”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, RF XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyan ilə Astanadakı görüşü zamanı Moskvanın Rusiya, Ermənistan və Azərbaycan dövlətlərinin rəhbərlərinin üçtərəfli danışıqlarda əldə edilmiş razılaşmaların tez bir zamanda reallaşmasını müzakirə eləməyə hazır olduğunu bildirib.

Lavrov deyib: “Bu yaxınlarda Avropada kontaktların olduğunu bilirəm. Mətbuat müxtəlif şayiələr və fərziyyələtlə doludur. Əlbəttə, bu gün çalışmalıyıq ki,Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarının mümkün qədər tez həyata keçirilməsi məsələsi üçün bacardığımızı edək”.

Lavrov qeyd edib ki, hazırda nəqliyyat əlaqələrinin və sərhədlərin delimitasiyası da daxil olmaqla normallaşdırma üçün çox şey edilib. Nazir deyib: “Bizim yaxın qonşularımız və dostlarımız arasındakı münasibətlərin tam normallaşdırılması bizim maraqlarımıza tamamilə cavab verir və biz bu prosesə töfhə verməyə hazırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru