ABŞ Rusiyaya sursat tədarük edən şəxslərə və ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

15-10-2022, 09:18           
ABŞ Rusiyaya sursat tədarük edən şəxslərə və ölkələrə qarşı sanksiyalar tətbiq edəcək
ABŞ Rusiyaya silah-sursat verən və ya onun hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə, ölkələrə və şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Volli Adeyemo 32 ölkənin nümayəndələri ilə Rusiyaya qarşı sanksiyalar məsələsi ilə bağlı görüşdə danışıb.

İlk dəfə keçirilən bu tədbirdə Aİ, Kanada və Cənubi Koreyanın nümayəndələri iştirak ediblər.

“Bu səhər nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya sursat verən və ya Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən şəxslərə, şirkətlərə və ya ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıq şəkildə ifadə edən təlimat verib”, - deyə Adeyemo bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru