Qarabağa KOXA kimi göndərilən Vardanyan yenidən Rusiyaya qayıtdı - Kremldən tapşırıq alacaq

15-10-2022, 09:42           
Qarabağa KOXA kimi göndərilən Vardanyan yenidən Rusiyaya qayıtdı -
Qarabağa KOXA kimi göndərilən Vardanyan yenidən Rusiyaya qayıtdı
Sentyabrda Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən İrəvan əsilli milyarder Ruben Vardanyanla bağlı yeni xəbər var.

TEREF.AZ modern.az-a istinadən xəbər verir ki, Vardanyan Moskvaya gedib. Səfərin məqsədi barədə məlumat verilmir.

Qeyd edək ki, Qarabağ separatçılarının başçısı Arayik Autyunyan bir müddət öncə ona “Artsaxın dövlət naziri vəzifəsi”ni tutmaq üçün açıq təklif vermişdi. Vardanyan isə cavabında ona müvafiq səlahiyyətlər verilsə, razılaşacağını bildirmişdi.

İndi Vardanyanın gözlənilmədən Moskvaya getməsi bəzi suallar doğurub.

Mümkündür ki, Vardanyan “Artsaxın dövlət naziri vəzifəsi”nə təyinatdan əvvəl Rusiyanın siyasi dairələri ilə məsləhətləşmələr aparmağa gedib. Çünki Ruben Vardanyanın “Kremlin proyekti” olduğu barədə məlumatlar var. Qeyd olunur ki, erməni milyarderin Kremlin sahibi Vladimir Putinin icazəsi olmadan Rusiya vətəndaşlığından imtina etməsi, həm də oradakı biznesini qoruyub saxlaması qətiyyən mümkün deyil.

Moskvanın xüsusi missiya ilə regiona atdığı “erməni desant”ın kapitalına gəlincə, 2021-ci ildə "Forbes" jurnalı Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru