"İranda rejimin aparıcı adamları etiraf edirlər ki, artıq yorulmuşuq" — VİDEO

18-11-2022, 04:31           
"İranda rejimin aparıcı adamları etiraf edirlər ki, artıq yorulmuşuq" — VİDEO
"İranda rejimin aparıcı adamlar, yəni küçələrdə adam öldürənlər, son gülləni vuranlar etiraf edirlər ki, artıq yorulmuşuq, təşəbbüskarlıq əlimizdən çıxıb".

Teref.az xəbər verir ki, bu sözləri Reaksiya TV-nin canlı efirində Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) başqani Əjdər Tağızadə deyib.

Ə.Tağızadə prosesləri izləyən bir şəxs kimi rejimin açıq şəkildə qorxuya düşdüyünü dilə gətirir:

"İranda bəzilərinin ağılları başlarına gəlməli, panikadan çıxmalıdırlar. Necə ki, Azərbaycanın güneyində Tehran məclisində, o şeytan yuvasında atlanıb boğazlarını yırtırlar. Rejim gecə vaxtı qapılara girir, evləri sındırır. Xomeyni o vaxt hakimiyyətə gələndə deyirdi ki, bizim beşikdən qəbrə kimi sizinlə işimiz var. Onda gülürdülər hələ... Bu gün fars dövlətçiliyini ona çəkirlər. Bu gün də onu həyata keçirirlər başqa alternativləri yoxdur".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.