Respublikaçılar prezident Co Baydenlə bağlı təhqiqat başladılmasını tələb edib

18-11-2022, 10:14           
Respublikaçılar prezident Co Baydenlə bağlı təhqiqat başladılmasını tələb edib
Respublikaçılar prezident Co Baydenlə bağlı təhqiqat başladılmasını tələb edibbackend
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvlərinin ABŞ prezidenti Co Baydenin fəaliyyəti ilə bağlı təhqiqata başlayacağı bildirilib.
Bu barədə məlumatı Nümayəndələr Palatasının Nəzarət Komitəsinin növbəti sədri olacağı gözlənilən Ceyms Komer mətbuat konfransında bildirib.

“Bu, Birləşmiş Ştatların prezidenti Co Baydenin araşdırılmasıdır. Onun nə üçün Amerika xalqına ailəsinin beynəlxalq biznesdəki iştirakı barədə yalan söyləməsi araşdırılacaq” – deyə, Komer qeyd edib.

Komer əlavə edib: “Respublikaçılar Bayden ailəsini əhatə edən çoxsaylı məlumatlar toplanıb. Hunter Baydenin noutbuku nəzərdən keçiriblər və əvvəllər məlum olmayan əməliyyatların sənədlərini tapıblar. Bizim tapdığımız sənədlər Çin və Rusiya kimi xarici hökumətlərlə yaxından əlaqəli insanlar da daxil olmaqla, ticarətə əsaslanan və dünyəvi hədəflərə yönəlmiş biznes planlarıdır”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.