General Volkovun “yaxşı polis, pis polis” siyasəti

4-12-2022, 08:15           
General Volkovun “yaxşı polis, pis polis” siyasəti
Volkov Azərbaycan toponimlərinin erməni adlarla göstərilməsinin günahını Rusiya MN-nin üzərinə yıxıb:
deyir ki, sülhməramlılar Azərbaycan tərəfinin göndərdiyi adlardan istifadə edir;
hətta təəssüflə qeyd edir ki, Moskvadakılar bu adlara düzgün əməl etmir;
Teref.az yazır ki, bunu politoloq Asif Nərimanlı deyir. Yuxarıdakı fiukirlərini şərh edən politoloq deyir:
Andrey bununla bizi sadəlövh yerinə qoyur, “biz yaxşıyıq, Rusiya MN pisdir” deyir.
Təbii ki, sülhməramlıların komandanı tabe olduğu yuxarıdakıların əleyhinə getmir, sadəcə ona verilən təlimata uyğun olaraq günahı tabe olduqlarının üzərinə yıxır, “yaxşı polis” rolunu icra edir.
Və bu, Rusiyanın hələ çar dövründən mövcud olan “yaxşı polis, pis polis” siyasətinin tərkib hissəsidir.
Əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan adların doğru yazıldığı xəritəni Rusiya MN-ə göndərməli, buna əməl edilmədiyi müddətdə hər dəfə dərc etməli, o cümlədən, sovetdən qalma xəritələrin dəyişdirilməsi məsələsini diplomatik kanallarla da Moskvanın qarşısında qaldırmalıdır.
Buna paralel olaraq, Qarabağda bu gün atılan addımları da intensivləşdirməliyik.
Çünki problemlərin həlli gücdən, diktədən keçir, bir az hərəkətə keçən kimi hətta Volkov da “imana gəldi”.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru