"ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir" - Blinken

5-12-2022, 00:07           
"ABŞ İran və Çindəki etirazçıları dəstəkləyir" - Blinken
"ABŞ administrasiyası İran və Çində insanların dinc etirazlarda iştirak etmək hüququnu dəstəkləyir".

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalının efirində bildirib.

O, jurnalistin ABŞ administrasiyasının Çindəki etirazçılara dəstək olub-olmaması ilə bağlı sualına “Bəli, əlbəttə” deyə cavab verib.

"Biz hər yerdə, istər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini çatdırmaq, narazılıqlarını bildirmək hüququnu dəstəkləyirik. Və əgər hər hansı ölkədə bu və ya digər şəkildə yatırılırsa, o zaman öz sözümüzü deyirik, buna qarşıyıq”, - dövlət katibi qeyd edib.

O xatırladıb ki, Vaşinqton əvvəllər etirazlarla əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru