Macarıstan Aİ-nin Ukraynaya 18 mlrd. avroluq yardımı təsdiqləməsinə veto qoyub

6-12-2022, 19:40           
Macarıstan Aİ-nin Ukraynaya 18 mlrd. avroluq yardımı təsdiqləməsinə veto qoyub
Macarıstan Aİ-nin Ukraynaya 18 mlrd. avroluq yardımı təsdiqləməsinə veto qoyub
Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avroluq makro-iqtisadi yardımı təsdiqləməsinə veto qoyub.

Aİ-nin iqtisadiyyat və maliyyə nazirlərinin iclasında Macarıstanın maliyyə naziri Mihali Varqa ölkəsinin sözügedən düzəlişin əleyhinə olduğunu açıqlayıb.

Ukraynanın getdikcə artan büdcə kəsirini azaltması və iqtisadiyyatını qoruyub saxlamasına sərf ediləcək yardımın 2023-cü il ərzində hər ay 1,5 milyard avro olmaqla Ukraynaya ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Macarıstan Aİ-nin ortaq büdcəsindən ayrılacaq 7,5 milyard avronun dondurulması təhlükəsi ilə üzləşib. Buna səbəbin Budapeştin korrupsiya, ictimai satınalmalar, hökumət rəsmilərinin vəzifələrinə uyğun olmayan fəaliyyətlərlə bağlı islahatları tamamlaya bilməməsi göstərilir. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru