Putin rejiminin sonu nə vaxt gələcək? - Rusiyalı politoloq vaxt göstərib

7-12-2022, 09:44           
Putin rejiminin sonu nə vaxt gələcək? -
Rusiya Prezidenti Vladmir Putinin rejiminin sonu 3-4 ildən sonra mümkün ola bilər.

Putin rejiminin müəyyən dözümlülük ehtiyatı var - bunu rusiyalı politoloq Stanislav Belkovski jurnalist Dmitri Qordona müsahibəsində danışıb («UNİAN»).

Jurnalist ekspertdən soruşub ki, Ukraynada bu rejimin sonunu daha nə qədər gözləməli olacaqlar? O, isə cavab verib ki, «Üç-dörd il».

«Başqa sözlə, nə zaman amerikalılar deyirlərsə ki, yaxın zamanlarda heç bir inqilab olmayacaq, onlar tamamilə haqlıdırlar, çünki rus insanının vətəndaş təfəkkürü, vergi ödəyicisi təfəkkürü yoxdur, rus xalqı pərakəndədir, o, heç bir kollektiv fəaliyyət qabiliyyətinə malik deyil» - politoloq deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru