Məryəm Rəcəvi: "Milli Müqavimət Şurası İranda hakimiyyəti əvəz etməyə hazırdır"

8-12-2022, 11:58           
Məryəm Rəcəvi:
“İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər”.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi deyib.

O, İrandakı son etiraz aksiyalarını Xalq Mücahidləri Təşkilatının təşkil etdiyini bildirib: “Bu hərəkatı Xalq Mücahidləri Təşkilatı mütəşəkkil üsyan mərkəzləri şəbəkəsi ilə yüksək səviyyədə təşkil edir. İran Milli Müqavimət Şurası bu rejimə alternativdir”.

Qeyd edək ki, bu təşkilatın əsas bazası əvvəllər İraqda yerləşirdi. ABŞ bu ölkəyə daxil olduqdan sonra Xalq Mücahidələri İraqı tərk edib. Təşkilatın liderləri və üzvləri Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru