Mirzoyanın silahlı dəstələrlə bağlı dedikləri Azərbaycanı güc tətbiq etməyə məcbur edir...

8-12-2022, 11:06           
Mirzoyanın silahlı dəstələrlə bağlı dedikləri Azərbaycanı güc tətbiq etməyə məcbur edir...
Mirzoyan və Bayramovun Lavrovla görüşdə “erməni qoşunların Qarabağdan çıxarılması” haqda fikrinə cavab olaraq bildirib ki, “Qarabağdakı separatçıların qondarma “ordusu” oradakı ermənilərin müdafiəsi məqsədilə lazımdır”. Və erməni nazirin “arqumenti” belədir ki, “Azərbaycanın davamlı atəş açması da “müdafiə ordusu”nun nə qədər vacib olduğunu göstərir, erməni əhalisinə qarşı
“ekzistensial təhlükə” aradan qalxanda müxtəlif variantları müzakirə edə bilərlər”.
Teref.az yazır ki, bunu politoloq Asif Nerimanli deyir. Daha sonra fikirlərini şərh edən politoloq deyir:
Rəsmi İrəvan bununla bəyan edir ki:
- Qarabağda hələ də qalan erməni silahlı dəstəni separatçıların qondarma “müdafiə ordusu” olaraq görürlər;
- 10 noyabr bəyanatında öhdəlik götürsələr də, bu silahlıları çıxarmaq fikrində deyillər;
Qarabağda baş verən təxribat hücumlarının intensivləşməsinə də bu kontekstdə baxmaq lazımdır:
ermənilər (həm də ruslar) atəş açır, Azərbaycanı cavab atəşinə təhrik edir və erməni hərbi dəstələrinin bölgədə qalmasının əhəmiyyətini “praktiki formada” göstərirlər;
Razılaşmadan iki il sonra da Ermənistanın mövqeyinin dəyişməməsi, əksinə 4-cü bəndə əməl etməyəcəyini daha açıq mətnlə dilə gətirməsi təsdiq edir ki, silahlı dəstələrin çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru