Separtçılar Avropanı təhdid edir... Özü də necə...

8-12-2022, 17:45           
Separtçılar Avropanı təhdid edir...
Mən Fransa, Belçika, Britaniya kimi ölkələrdə mövcud olan separatçı hərəkatlar haqqında tez-tez yazıram. Bu, son dərəcə önəmli məsələdir. Azərbaycanda çoxları elə hesab edir ki, Avropa qondarma Dağlıq Qarabağda mövcud olan separatizmə dəstək verə bilər. Bir daha deyirəm. Avropa Birliyi bunu edə bilməz. Etsə, öz əli ilə öz başını kəsmiş olar.
Aşağıda təqdim etdiyim xəritəyə diqqət edin. Bu xəritəni 2017-ci ildə "voxeurop.eu" saytı yayıb. Bu sayt ingilis, fransız, italyan və ispan dillərində yayımlanır. Bütövlükdə Avropa jurnalistikasını təmsil edir...
Yəni bu xəritə Elbəyi Həsənlinin uydurması deyil. Avropanın reallığıdır. Azərbaycanda bu raellıq haqqında çox az adam bilir.
Niyə? Bir qayda olaraq Avropa ölkələri bu mövzudan yayınmağa çalışırlar. Çünki bu məsələ gündəmə daşınan kimi bu və ya digər ölkə arasında ciddi problem yaşanır...
Bəli, mən bu məsələni təkidlə dilə gətirirəm. Ancaq mənin dediklərim Avropa Birliyinə, xüsusən Fransa və Belçika kimi ölkələrə çatmır.
Ancaq Azərbaycan prezidenti bu məsələni gündəmə gətirsə, təqdim etdiyim xəritəni ortaya qoysa, erməni separatizminin havadarları dil-dil ötməzlər, əksinə, ağızlarına su alarlar. Ola bilər ki, Prezident Aparatındakı mütəxəssislər daha keçrəli arqumetlər təqdim edə bilərlər. Önəmli olan odur ki, ideoloji savaşda qarşı tərəfi susdurmaq üçün qaranlıqda qalan “səskəsən” nöqtələrə işıq çalaq və qarşı tərəfi məntiqlə suduraq...
İdeoloji mübarizədə yalnız və yalnız tutarlı arqumentlərlə qarşı tərəfi susdurmaq olar. Bu işdə nağıllar, patriotik şüarlar keçərli deyil...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.