Rusiyanın məşhur silah baronu ilə ABŞ-ın tanınmış basketbolçusu dəyişdirilib

9-12-2022, 00:01           
Rusiyanın məşhur silah baronu ilə ABŞ-ın tanınmış basketbolçusu dəyişdirilib
Rusiyanın məşhur silah baronu Viktor But ABŞ-ın tanınmış basketbolçusu Brittni Qraynerlə dəyişdirilib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, onların mübadiləsi Biləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi hava limanında reallaşıb.

Rusiya vətəndaşı artıq ölkəsinə dönüb.

Viktor Anatolyeviç But 1967-ci il yanvarın 13-də Tacikistanın Düşənbə şəhərində anadan olub. 2012-ci ildə ABŞ-da qanunsuz silah ticarəti və terroru dəstəkləməkdə ittiham edilərək 25 il müddətinə azadlıqdan məhrum olunan rusiyalı iş adamıdır. Məhkəmə Butu bir neçə maddə, o cümlədən ABŞ hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kolumbiyanın “İnqilabçı Silahlı Qüvvələrinə – Xalq Ordusuna” (FARC) silah satmaqda təqsirli bilib. 2008-ci il martın 6-dan həbsdə olan But günahını etiraf etməyib.

Qərb mediası Butu “silah baronu” və “ölüm taciri” adlandırır. Rusiyanın bəzi KİV-i bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları onu dünyanın ən böyük silah qaçaqmalçısı hesab edir.

Brittney Yvette Griner 1990-cı il oktyabrın 18-də ABŞ-ın Texas ştatının, Hyuston şəhərində anadan olub. O, Rusiyanın “UMMC Yekaterinburq” klubunda oynamış amerikalı peşəkar basketbolçudur.

2012-ci ildə o, Baylor Beers ilə Milli Kollec Atletika Assosiasiyasının (NCAA) çempionluğunu qazanaraq bu basketbol turnirinin ən görkəmli oyunçusu olub. 2014-cü ildə “Phoenix Mercury” komandası ilə qadınlar arasında NBA çempionu olub. Qadın kollec basketbolunda üç əsas mükafatın ikiqat qalibi olub.

ABŞ komandası ilə 2014-cü ildə Türkiyədə keçirilən Dünya Çempionatının, 2016-cı ildə Rio Janeryoda keçirilən Olimpiya Oyunlarının, 2018-ci ildə İspaniyada keçirilən Dünya Çempionatının və 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi olub.

2022-ci ilin fevralında o, Şeremetyevo hava limanında baqajında həşiş yağı tapılması ilə bağlı saxlanılıb. O, Rusiya məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru