Kuleba: “Rusiya parçalansa, dünya dağılmayacaq”

9-12-2022, 08:17           
Kuleba: “Rusiya parçalansa, dünya dağılmayacaq”
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiya parçalansa, dünya dağılmayacaq.

Bu barədə o, “The Wall Street Journal”a müsahibəsində bildirib.

“Rusiyanın olduğu kimi qalmasına və beynəlxalq birliyin normal üzvünə çevrilməsinə necə kömək etmək barədə düşünmək əvəzinə, bu ölkənin beynəlxalq birliyin normal üzvü ola bilməyəcəyi ilə barışmağın vaxtı çatıb”, - Kuleba bəyan edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna Krımı və Donbası Rusiyaya güzəştə getməyəcək.

“Rusiya parçalansa, dünyanın dağılacağını düşünmürəm. Amma rus xalqı Rusiya imperiyası kimi, hazırki dövləti də məhv edəcək”, - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru