Putinin milyarder “desantı” Qarabağın "mülki müdafiəsi”ni də nəzarətə götürdü... - HƏYASIZLIQ VƏ YA SİYASİ OYUNBAZLIQ?

10-12-2022, 11:53           
Putinin milyarder “desantı” Qarabağın "mülki müdafiəsi”ni də nəzarətə götürdü... -
Xankəndindəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri”, eyni zamanda “mülki müdafiə rəisi” sayılan Ruben Vardanyan “Qarabağın mülki müdafiəsi ilə” bağlı müşavirə keçirib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Putinin milyarder “desantı” kriminal xuntanın “mülki müdafiə”yə cavabdeh olan məmurlarının iştirakıyla keçirilən iclasda “əhalinin mülki müdafiəsi”nin və bu mövzuda “mütəmadi təlimlər keçirilməsi”nin vacibliyini vurğulayıb.

Xatırladaq ki, guya Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycan torpaqlarına gəlmiş R.Vardanyan artıq 4-cü aydır ki, Qarabağda qeyri-qanuni ictimai-siyasi və maliyyə fəaliyyəti ilə məşğuldur. Noyabrın 4-dən Moskvanın göstərişi ilə "dövlət naziri" təyin olunmuş hayk milyarderin adı həmçinin “sülhməramlı”ların komandanı A.Volkovla birgə Qarabağdakı qızıl mədənlərinin talanmasında da hallanır...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.