Nazir müavini görüşdə bayrağımızı səhv saldı - Foto

10-12-2022, 11:41           
Nazir müavini görüşdə bayrağımızı səhv saldı - Foto
Azərbaycan Xarici İşlər Nazirliyi 7 dekabr tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədovun İndoneziya Respublikasına səfəri çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mənzil qərargahında ASEAN-ın Baş katibi Dato Lim Lock Hoi ilə görüşü haqda məlumat yayıb.

Yenipress.az xəbər verir ki, görüşlə bağlı yayılan fotolarda Elnur Məmmədovun Azərbaycan bayrağını altında deyil, ASEAN oturduğu görünür. Maraqlıdır ki, ASEAN sədri də Azərbaycan bayrağının altında oturmasının, deyəsən, fərqinə varmayıb.

Qeyd edək ki, görüşdə İndoneziyanın 2023-cü ildə ASEAN-a sədrlik edəcəyi xatırlanaraq, Azərbaycanın ASEAN ilə əməkdaşlığın genişləndirilməsində, bu istiqamətdə əməli addımlar atılmasında marağı ifadə olunub. Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında (AIPA) müşahidəçi qismində qəbul olunması ilə bağlı Dato Lim Lock Hoiyə təşəkkür edilib.

Daha sonra, AIPA-nın Baş katibi xanım Hon Nguyen Tuong Van ilə görüş keçirilib.

Səfər çərçivəsində Elnur Məmmədovun Qoşulmama Hərəkatı Cənub-Cənub Texniki Əməkdaşlıq Mərkəzinin direktoru, səfir Diar Nurbintoro ilə görüşü baş tutub. Daha sonra, Diar Nurbintoronun moderatorluğu və İndoneziya XİN nümayəndələrinin, aparıcı beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, yerli medianın iştirakı ilə “Azərbaycan-İndoneziya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi” mövzusunda dəyirmi masa keçirilib.

Səfər çərçivəsində nazir müavini E.Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada Bali Demokratiya Forumunun “Dəyişən dünyadan demokratiya: Liderlik və Həmrəylik” mövzusunda 15-ci sessiyasında və “Əfqanıstanda qadınların təhsili” adlı Beynəlxalq Konfransda iştirak edib və nazir müavini hər iki tədbirdə çıxış edib. Tədbirlər əsnasında E.Məmmədov bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.