“50 generator, 45 transfarmator və...” - Ukrayna mətbuatı Azərbaycanın yardımından yazdı

11-12-2022, 00:07           
“50 generator, 45 transfarmator və...” -
“Azərbaycan Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları – 45 güc transfarmatoru və 50 generator göndərib. Son 6 ayda Azərbaycanın müxtəlif təşkilatları Ukraynaya humanitar yardım göstərib”.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın müxtəlif aparıcı xəbər portalları Rusiyanın raket zərbələri nəticəsində işıqsız qalan Ukrayna əhalisinə Azərbaycanın göstərdiyi yardımla bağlı bu cür məlumatlar dərc ediblər.

Ən tanınmış Ukrayna saytları olan “Unian.net”, “Pravda.com.ua” və digər xəbər portalları Azərbaycanın müharibə başlayandan bəri Ukraynaya göstərdiyi yardımları xatırladıblar.

Məsələn, Ukraynanın məşhur “Evropeyskaya Pravda” kanalı qeyd edib ki, Azərbaycanın müxtəlif qurumları indiyə qədər Ukraynaya azı 30 milyon manatlıq yardım göstəriblər.

Hazırda göndərilən elektrik avadanlıqlarının dəyəri isə 1 milyon dollara yaxındır: “Ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana aparılıb. İrpendə hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.