3+3 platforması aktualdır?

11-12-2022, 08:14           
3+3 platforması aktualdır?
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra 3+3 təklifini irəli sürdü. Yaxşı ideya idi, rəsmi Bakı dəstəklədi, Ermənistana sülh və əməkdaşlıq təklif edilirdi.
Bircə Gürcüstan bu platformada iştirak etməcəyəni açıqladı, səbəbi obyektiv idi, Rusiya bu ölkənin ərazilərini işğal etmiş, diplomatik münasibətlər kəsilmişdi.
Buna baxmayaraq, Gürcüstan olmadan da müvəqqəti olaraq platformanı inkişaf etdirməyə qərar verildi. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarının təklifini dəstəklədi.
Çünku yeni format Ukrayna müharibəsi fonunda təklənən Rusiyaya yeni dialoq müstəvisi açırdı. Elə indinin özündə də Moskva 3+3 platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısını keçirməyə çalışır.
Ancaq İran-Azərbaycan münasibətlərinin indiki gərgin fonunda 3+3 platformasının işləyəcəyi problematikdir. İran Azərbaycan əleyhinə təxribatlarını davam etdirirsə və ikitərəfli təmaslar faktiki dayandırılıbsa biz bu ölkə ilə yeni platformada hansı sülh və əməkdaşlıqdan danışa bilərik?
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.