Vardanyanı hər dəfə “ofsaytda” qoymaqla “heç kim” olduğunu göstərməkdir

11-12-2022, 09:55           
Vardanyanı hər dəfə “ofsaytda” qoymaqla “heç kim” olduğunu göstərməkdir
Rusiyanın Azərbaycanın monitorinqinin qarşısını almaq üçün “mülki təxribat” törədəcəyi gözlənilən olsa da, Vardanyan səhnəsinin təşkili həm də Kremldən göndərilmiş separatçının Bakı tərəfindən erməni əhalisinin “nümayəndəsi” kimi qəbul edilməsi planında ilk praktiki addım oldu: ruslar bununla erməni əhalisi ilə Bakının təmaslarını dəstəkləyən, bu məsələdə “beynəlxalq mexanizm”in hazıranmasını istəyən ABŞ-a da Vardanyanı “qanuni təmsilçisi” kimi göstərirlər; və aydındır ki, Vardanyan bundan sonra rəsmi Bakının göndərdiyi bütün nümayəndələrin qarşısına çıxarılacaq;
Teref.az yazır ki, bunu politoloq Asif Nerimanli deyir.Daha sonra irəli sürdüyü fikirləri şərh edən politoloq deyir:
Və hələki edə biləcəyimiz bugünkü kimi hər dəfə onu “ofsaytda” qoymaqla “heç kim” olduğunu göstərməkdir. Hərçənd, növbəti monitorinqdə hərbçilərin, yaxud təhlükəsizlik qüvvələrinin də iştirakına ehtiyac yarana bilər, çünki bu gün baş verənlər göstərdi ki, nümayəndələrimizin təhlükəsizliyi risk altındadır və təxribatların təşkilatçısı olan sülhməramlılar buna zəmanət verə bilməz.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru