Moldova təbii qazı niyə Ukraynada saxlayır? – RƏSMİ CAVAB

11-12-2022, 12:06           
Moldova təbii qazı niyə Ukraynada saxlayır? –
Moldovanın Baş naziri Natalya Qavrilitsa ölkəsinin müəyyən həcmdə qazı Ukraynada saxlamasınının səbəbini açıqlayıb.

O bildirib ki, bu addım Rumıniyada qaz anbarları dolduğuna görə atılıb: “Moldova Respublikası suveren dövlətdir, satın aldığı və ödəniş etdiyi qaz onun qərar verdiyi yerdə saxlanıla bilər”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Moldovanın Rusiyadan satın aldığı qazın bir hissəsini Ukraynada saxlamasından təəccübləndiyini bildirmişdi.

“Bizdə təbii qaz ehtiyatları yoxdur, müəyyən miqdarda qazı Rumıniyada saxlayırıq, amma orada ehtiyatlar kifayət qədər doludur və müəyyən həcmdə qazı Ukraynada salxayırıq” , - deyə Baş nazir əlavə edib.

Mənbə: Kommersant












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.