İran pulu qəfl çökərək dünyanın ən dəyərsiz valyutasına çevrildi.

12-12-2022, 00:02           
İran pulu qəfl çökərək dünyanın ən dəyərsiz valyutasına çevrildi.
İran valyutası olan rialının (1 sıfır çıxıldıqda tümən) dəyər itirməsi xəbəri doğrudur. Hazırda 1 dollar 370500 rial və ya 37050 tümən təşkil edir. Lakin bu rəqəm qara bazarın müəyyən etdiyi məzənnədir.
İran dövləti idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkət və müəssisələrə (xüsusən xammal alanlar) 1 dolları 4270 tümənə və ya 42700 riala satır. Məqsəd xaricdən alınan zəruri ərzaq məhsulları və digər xammalların qiymətini sabit saxlamaq, daxili bazarda həmin alınan xammal hesabına istehsal edilmiş məhsulun satış qiymətinin bahalaşmamasına imkan verməməkdir.
Lakin bu əməliyyatların özü də molla rejiminin əsas qazanc mənbələrindən biridir. Belə ki, mollalar özləri idxal-ixrac şirkətləri ilə əllərindəki rialları (tümən) dəyərindən ucuz qiymətə (rəsmi məzənnə ilə) alaraq, onu xaricdəki hesablarına ötürürlər.
Hələ bir neçə il bundan əvvəl İranda "dollar oyunbazlığı" ilə bağlı qalmaqallar yaşanmışdı. Həmin qalmaqallardan məlum olmuşdu ki, İranda hökumətdə təmsil olunan əksər nazirlərin və dövlətə bağlı bankların hamısı rəsmi məzənnə ilə dollar alaraq, onu ya daxili bazarda tümənə (rial) çevirib, böyük qazanclar əldə edirmişlər. Bütün bunların da hamısı "idxal-ixrac" şirkətlərinin əliylə edilirmiş.
Amma bu heç də o demək deyil ki, İranda bahalaşma yoxdur. Əksinə qonşu ölkədə infliyasiya artıq aylıq 15-20 faiz təşkil etməyə başlayıb. Buna səbəb də əksər sahibkarların rəsmi məzənnə ilə dollar almaq imkanından məhrum olması və məcburiyyətdən baha qiymətə ABŞ valyutası əldə etməsidir. Bu da nəticə etibarı ilə idxal olunan bütün məhsulların bahalaşmasına gətirib çıxarır.
Fikrət Fəraməzoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.