Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi LAĞA QOYULDU: “Guya heç kimdən qorxmurlar”

11-12-2022, 21:20           
Paşinyanın həyat yoldaşı ilə İrəvanda gəzməyi LAĞA QOYULDU:
Anna Akopyan həyat yoldaşı Nikol Paşinyanla İrəvanın mərkəzi küçələrindən birində gəzib. Bununla bağlı çəkilən fotonu Facebook səhifəsində dərc edib.

Demokrat.az xəbər verir ki, bu barədə informasiya “hraparak.am” saytında yer alıb.

Mənbə yazır ki, gəzintinin təhlükəsizliyini təmin etmək üçün küçəyə kənar şəxs buraxılmayıb, hər tərəfdə cangüdənlər gəzib, heç kimin qəfildən “demokrat baş nazir”ə və ya onun xanımına yaxınlaşmamasına diqqət yetirilib:

“Və bu yolla elə bir fon yaratmağa çalışırlar ki, hətta müharibədən sonra da onların qorxacaq heç bir şeyləri yoxdur, sərbəst şəkildə küçəyə çıxıb şəhəri gəzə bilirlər və heç kim onları təhdid etməyəcək, hətta pis söz deməyəcək.

Baxmayaraq ki, bu yaxınlarda Yusya prospekti ilə hərəkətdə olarkən bir vətəndaş xain Paşinyanın arxasınca qışqırıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Paşinyan həyat yoldaşı ilə kafedə kofe içib. Görüntülər internetdə yayılıb. //Bizim.Media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru