"Torpaq donandan sonra əks-hücuma keçəcəyik" - Ukrayna müdafiə naziri

12-12-2022, 08:27           
"Torpaq donandan sonra əks-hücuma keçəcəyik" - Ukrayna müdafiə naziri
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib.

“Report” “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə ukraynalı nazir isveçli həmkarı Pol Yonsonla birgə mətbuat konfransında deyib.

“Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək, əminəm ki, əks-hücumlarımızı, ərazilərimizin azad edilməsi üzrə kampaniyamızı davam etdirəcəyik”, - o vurğulayıb.

O.Reznikov qeyd edib ki, Ukraynanın planı “çox sadədir - bu, Ukraynanın bütün müvəqqəti işğal edilmiş ərazilərinin Ukrayna sərhədlərinin beynəlxalq səviyyədə tanındığı 1991-ci il vəziyyətinə qədər azad edilməsidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru