Sandu: “Moldova MDB ilə əlaqələri kəsməyi planlaşdırmır”

12-12-2022, 11:24           
Sandu: “Moldova MDB ilə əlaqələri kəsməyi planlaşdırmır”
Moldova hakimiyyəti MDB ilə əlaqələri kəsməyi planlaşdırmır, çünki söhbət yüzlərlə, o cümlədən ikitərəfli sazişlərdən gedir.

Bunu bazar günü Moldova Prezidenti Maya Sandu Rumıniyanın Kluj-Napoka şəhərində Ukrayna ilə bağlı konfransda çıxışı zamanı deyib.

“Söhbət bir razılaşmadan yox, yüzlərlə sazişdən gedir, bir çoxu Qazaxıstan, Qırğızıstan kimi digər dövlətlərlə münasibətlərə aiddir. Bunlar iqtisadi sahədə sazişlərdir. Digər ölkələrlə ikitərəfli iqtisadi əlaqələrdir. Biz praqmatik olmalıyıq və buna məntiqlə yanaşmalıyıq”, - deyə Sandu bəyan edib.

Qeyd edək ki, M.Sandu bundan əvvəl dəfələrlə vurğulayıb ki, ölkə Aİ-yə üzv olmaq üçün namizəd statusu aldıqdan sonra da hakimiyyət MDB çərçivəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Eyni zamanda, Moldova rəhbəri hələ MDB çərçivəsində keçirilən görüşlərdə iştirak etməyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru