Kuleba: “Ukraynaya əxlaq dərsi keçməyə ehtiyac yoxdur”

12-12-2022, 09:25           
Kuleba:
Ukrayna ölkənin silahlı qüvvələrinin Rusiya ərazisinə mümkün hücumları ilə bağlı tənqidləri rədd edir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ARD telekanalına müsahibəsində deyib.

Xarici işlər naziri Ukraynanın “odla oynaması” ilə bağlı iddiaları başa düşmür. Bununla belə, o, Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarını vurduğunu təsdiqləməyib.

“Putin bizi dövlət olaraq, millət olaraq məhv etməyə gəlib. Əgər qatil mənzilinizə girib sizi öldürmək istəsə, qonşunuz isə “odla oynamayın, təxribat etməyin” desə, yəqin ki, qonşunun ağlını itirdiyini düşünərsən”.

O vurğulayıb ki, “Ukraynaya əxlaq dərsi keçməyə” ehtiyac yoxdur.

Eyni zamanda, D.Kuleba Ukraynada elektrik enerjisinin tam kəsilməsi ssenarisini real hesab edir. Lakin o, qışda qeyri-sabit vəziyyətə görə ukraynalıların kütləvi şəkildə ölkəni tərk edəcəyini gözləmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru