Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Onun sözlərinə görə, müşahidəçilərin işi səmərəli olub, lakin İrəvan və Bakı ilə razılaşmaya əsasən, missiya əvvəldən nəzərdə tutulduğu kimi dekabrın 19-da öz işini başa çatdıracaq.
“Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzumuzu qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək üçün Ermənistana qrup göndərəcəyik”, - deyə Borrell bəyan edib.
Xatırladaq ki, müşahidəçilər yalnız Ermənistan ərazisindən Azərbaycanla sərhəddəki vəziyyəti izləyirdilər.