Litva Seymi ictimai məkanın sovetsizləşdirilməsi haqqında qanun qəbul edib

14-12-2022, 11:24           
Litva Seymi ictimai məkanın sovetsizləşdirilməsi haqqında qanun qəbul edib
Litva Seymi (parlament) çərşənbə axşamı totalitar rejimlərin təbliğatını qadağan edən qanunu qəbul edib.

Plenar iclasda bu sənədin lehinə 103 deputat səs verib, 6 siyasətçi bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Qanunda qeyd olunduğu kimi, onun məqsədi “totalitar, avtoritar rejimlərin təbliğatına qadağa qoyulması, bu cür rejimlərin ideologiyasını təbliğ edən ictimai obyektlərin müəyyən edilməsi və onların ictimai məkandan çıxarılması və ya dəyişdirilməsidir”.

Bələdiyyələr qanunun qüvvəyə minməsindən sonra 20 gün müddətində sözügedən ictimai obyektlər haqqında məlumat hazırlamağa borcludurlar.

Sənəd 2023-cü il mayın 1-dən qüvvəyə minəcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru