Putinə qarşı diqqətli olmalıyıq - Smit

14-12-2022, 11:06           
Putinə qarşı diqqətli olmalıyıq - Smit
ABŞ və NATO müttəfiqləri istənilən fövqəladə vəziyyətə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bir çox NATO ölkəsini təəccübləndirib:

“Çünki Putinin hərəkətləri istənilən siyasi, iqtisadi və ya hərbi məntiqə ziddir. Rusiyanın müasir rəhbərliyinə Qərb təfəkkür tərzini proyeksiya etmək artıq mümkün deyil. İnanıram ki, ruslar strateji məqsədlərinə nail ola bilməyiblər. Lakin biz onu da qəbul edirik ki, Putin heç də həmişə öz strateji məqsədlərini və niyyətlərini imkanlarla uzlaşdırmır. Biz onun göstərdiyi istənilən rasional mülahizələrə qarşı diqqətli olmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.