Ermənistana girişi qadağan edilsə də... - Zatulin öz ampluasında

14-12-2022, 11:09           
Ermənistana girişi qadağan edilsə də... - Zatulin öz ampluasında
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Laçın yolunda baş verən son hadisələrlə əlaqədar Azərbaycanı ittiham edib.
TEREF.AZ-ın modern.az-a istinadən məlumatına görə, Konstantin Zatulin ənənəsinə sadiq qalaraq, Ermənistanın mövqeyindən çıxış edib.

Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin Laçın yolundakı etiraz aksiyasını pisləyən Zatulin “ümid edirəm ki, Rusiya sülhməramlıları vəziyyəti düzəldəcək, Laçın yolunu açacaqlar” deyib.

“Təbii ki, Rusiya sülhməramlıları məsələni atışmalara və silahlı münaqişəyə qədər genişləndirmək istəmirlər, bu, arzuolunan deyil, çünki bunun böyük mənfi nəticələri olacaq, lakin eyni zamanda, onlar öz prinsipial mövqelərini hansısa formada dəyişmirlər. Bildiyimə görə, sülhməramlıların qarşısında Dağlıq Qarabağı Ermənistanla birləşdirən avtomobil yolunun fəaliyyətini təmin etmək vəzifəsi var. Onlar buna nail olacaqlar və mən onlara uğurlar arzulayıram, Dövlət Dumasının deputatı kimi onlara bu işdə bacardığım qədər dəstək verməyə hazıram”, - Zatulin əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru