Avropa peyk operatoru Rusiya telekanallarının yayımını dayandıracaq

15-12-2022, 11:54           
Avropa peyk operatoru Rusiya telekanallarının yayımını dayandıracaq
Avropa operatoru “Eutelsat” özünün peykləri vasitəsilə Rusiyanın “Birinci Kanal”, həmçinin “Rossiya-1” və NTV telekanallarının yayımını dayandırmaq qərarına gəlib.

Şirkət bu qərarı Fransa media tənzimləyicisi “Arcom”un tələbi ilə qəbul edib.

“Eutelsat, “Arcom”un bu gün günortadan sonra qəbul etdiyi yeni qərarla razılaşır. “Eutelsat” təsdiq edir ki, “Arcom”un qərarlarının sistematik şəkildə həyata keçirilməsi siyasətinə uyğun olaraq, sanksiyaya məruz qalmış üç telekanalın yayımını vaxtında dayandıracaq”, - peyk operatorunun çərşənbə günü verdiyi açıqlamada deyilir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru