NATO gələn il üçün hərbi büdcəsini açıqladı

15-12-2022, 12:03           
NATO gələn il üçün hərbi büdcəsini açıqladı
NATO 2023-cü il üçün hərbi büdcənin həcmini müəyyən edib.

Onun həcmi 1,96 milyard avro təşkil edəcək.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti xəbər verib.

“Hərbi büdcə NATO komandanlıq strukturunun qərargahının, missiyalarının və dünya üzrə əməliyyatlarının əməliyyat xərclərini əhatə edir”, - deyə məlumatda bildirilib.

Həmçinin, gələn il üçün təşkilatın mülki büdcəsi 370,8 milyon avro müəyyən edilib.

Qeyd olunub ki, bu, 2022-ci illə müqayisədə, müvafiq olaraq 25,8 faiz və 27,8 faiz çoxdur.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru