Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyini - SAYA SALMIR...

15-12-2022, 12:25           
Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyini - SAYA SALMIR...
Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı Laçın dəhlizi ərazisində vəziyyətin sabitləşdirilməsi üzrə danışıqları davam etdirir.

TEREF.AZ musavat.com-a istinadla xəbər verir ki ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“2022-ci il dekabrın 13-də Rusiya sülhməramlılarının komandanlığı 7 saylı müşahidə məntəqəsi ərazisində vəziyyətin sabitləşdirilməsi və Stepanakert-Qoris (Rusiya MN növbəti dəfə Azərbaycan toponimlərini təhrif edib, yenə də “Dağlıq Qarabağ”, “Stepanakert” yanlışlıqlarına bilərəkdən yer verib-red.) avtomobil yolunun blokunun açılması üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirib”-məlumatda əlavə olunur.

Qeyd edək ki, Azərbaycan rəsmən bəyan edib ki, Laçın yolunu bağlamayıb və yol Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingeti bağlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru