"yola Rusiya hərbi kontingenti təkbaşına deyil, türkiyəli hərbçilərlə birgə nəzarət etsəydi,"- Politoloq

16-12-2022, 09:08           
"yola Rusiya hərbi kontingenti təkbaşına deyil, türkiyəli hərbçilərlə birgə nəzarət etsəydi,"- Politoloq
Ağdamda Rusiya-Türkiyə birgə hərbi monitorinq mərkəzi 2021-ci il yanvarın 30-dan fəaliyyət göstərir.
Mərkəzin fəaliyyəti barədə məlumat azdır. Halbuki, mərkəz yarananda Azərbaycan ictimaiyyətinin ümidləri var idi. Hazırda Qarabağda Rusiya hərbi kontingentinin fəaliyyəti Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətindən daha üstündür və bu bizim xeyrimizə deyil.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Fikirlərini şərh edən politoloq daha sonra deyir:
Bu vəziyyəti Rusiya-Türkiyə monitorinq mərkəzinin xeyrinə dəyişdirmək lazımdır. Mərkəz yaradılarkən əsas məqsəd kimi Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etmək göstərilirdi.
Təəssüf ki, reallıq fərqlidir. Ermənistanla Qarabağı birləşdirən yola Rusiya hərbi kontingenti təkbaşına deyil, türkiyəli hərbçilərlə birgə nəzarət etsəydi, nəticə bizim üçün fərqli olardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru