“Putin bilirmiş ki, Ukraynaya təcavüz Rusiya iqtisadiyyatını öldürəcək” – “Financial Times”

17-12-2022, 10:43           
“Putin bilirmiş ki, Ukraynaya təcavüz Rusiya iqtisadiyyatını öldürəcək” – “Financial Times”
Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən əvvəl Rusiyanın «Əmanət bankı»nın başçısı German Qref və RF Mərkəzi Bankının başçısı Elvira Nabiullina təcavüzkar ölkənin prezidentini dayandırmağa və Rusiya iqtisadiyyatını xtlas etmək xatirinə müharibənin qarşısını almağa cəhd ediblər.

«Financial Times»in materialında deyildiyi kimi, təcavüzdən bir ay əvvəl Putinin etibarlı adamları onu Qərbin sanksiyalarının mümkün nəticələri barədə xəbərdar ediblər. Qref Putin üçün 39 səhifəlik prezentasiya hazırlayıb və orada onu, Ukraynaya soxulmağın fəlakətli nəticələri barədə xəbərdar edib.
Ətraflı

Buradan açıq görünür ki, Ukraynaya təcavüzdən aylar əvvəl bu avantüranın mümkün fəlakətli nəticələri barədə Rusiya diktatoru Vladimir Putinin müfəssəl bilgiləri olub. Odur ki, bu mövzuda bu fikri səsləndirmək iddiasında ola bilərik ki, Prezident Putin bilərəkdən Rusiya Federasiyasının dövlətçiliyinin öldürülməsi istiqamətində gizli fəaliyyətə qol qoyub və ötən müddət ərzində Qərbin, necə deyərlər, «əlinə işləyib». Bunu belə başa düşmək olar ki, vaxtında SSRİ-nin Prezidenti Mixail Qorbaçov SSRİ dövlətini dağıtdığı kimi, Vladimir Putin də onun yolu ilə gedərək, Rusiya imperiyasını dağıtmağa girişib. Bu «postulat»ı başqa bir məqam də dolayısı ilə təsdiqləyir ki, 20 ildən artıq prezidentlik dövründə Putin Rusiya kimi zəngin bir ölkənin «qanını sorub» və topladığı varidatı Qərbin banklarına yerləşdirib - indi isə arın-arxayın, Rusiyanı DAĞIDIR!

Mirzə AĞ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.