Netanyahu: Xəyalımızda olmayan şeylər baş verəcək!

17-12-2022, 08:59           
Netanyahu: Xəyalımızda olmayan şeylər baş verəcək!
İsrail və ərəb dünyası arasında əhatəli bir sülh üçün böyük sıçrayış baş verəcək, regionumuzu xəyal belə edə bilməyəcəyimiz səviyyədə dəyişdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri İsraildə növbədənkənar seçkilərdən qalibiyyətlə ayrılan və hökuməti qurmaq vəzifəsini üzərinə götürən Benyamin Netanyahu deyib.

O, bəzi ərəb ölkələri ilə imzalanan “İbrahim” adı verilən razılaşmanı genişləndirmək niyyətində olduğunu açıqlayıb.

Netanyahu bu çərçivədə Səudiyyə Ərəbistanı ilə də tam diplomatik əlaqələr qurulacağına ümid etdiyini söyləyib:

“İsrail və Səudiyyə Ərəbistan arasındakı sülh prosesinin İsrail-Fələstin probleminə də həll yolu gətirəcəyinə inanırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru