Zelenskinin ofisi FİFA-nı qınadı: Qətər dəstəklədi, amma...

18-12-2022, 13:06           
Zelenskinin ofisi FİFA-nı qınadı: Qətər dəstəklədi, amma...
Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası FIFA-nı tənqid edib.

Publika.az xəbər verir ki, ali futbol qurumu Argentina və Fransa yığmaları arasında keçiriləcək dünya çempionatının final oyunundan əvvəl Zelenskinin video-müraciətinin yayılmasına razılıq verməyib. FİFA-nın bu qərarına Zelenskinin administrasiyası belə münasibət bildirib:

“Qətər, prezidentin təşəbbüsünü dəstəklədi, amma FİFA buna mane oldu və videomüraciətin nümayişinə icazə vermədi. Prezidentin müraciətində idman hadisəsinə siyasi rəng verən heç nə yox idi. Yəni subyektiv qiymətləndirmələr, siyasi siqnallar və ittihamlar yer almamışdı”.

CNN-in yaydığı məlumatda qeyd edilir ki, Zelenskinin ofisi videonu FİFA-ya göndərib, lakin təşkilat onu çox siyasi hesab etdiyi üçün rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru