Ayaz Mütəllibov ermənilərin nüvə hədəsinə Moskvadan reaksiya verdi

27-05-2016, 10:47           

Azərbaycanda Ermənistanın nüvə silahına malik olması ilə bağlı yayılan məlumatlara çox şübhəli yanaşırlar

Azərbaycanın hazırda Moskvada yaşayan eks-prezidenti Ayaz Mütəllibov da şübhə etmir ki, bu, ermənilərin növbəti uydurmasıdır.

O, haqqin.az portalının müxbiri ilə söhbətində Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın Azərbaycanı qorxutmaq üçün dövriyyəyə buraxdığı həmin “məlumatı” məhz belə də adlandırıb: “uydurma”.

“Nüvə silahının yaradılması və yerləşdirilməsi daim Moskvanın nəzarəti altında olub. Və bütün bunlar tamamilə məxfi surətdə həyata keçirilib. Ola bilsin ki, bu cür silahın hansısa komponentləri Zaqafqaziyada yerləşdirilibmiş. Amma SSRİ dağılandan sonra onların hamısı keçmiş Sovet respublikalarından çıxarıldı. Əgər nüvə silahı ABŞ-ın nəzarəti altında Ukrayna və Qazaxıstandan çıxarılmışdısa, o hansı səbəbdən Ermənistanda qalmalı idi?

Düşünmürəm ki, onların nüvə silahı var: bu, bayaq dediyim kimi, tam uydurma bir şeydir. ABŞ və Rusiya heç vaxt Ermənistana icazə verməzdilər ki, nüvə silahına malik olsun, üstəlik qonşu ölkələri hədələsin.

Heç təsəvvür edirsinizmi, o halda Ermənistanın halı necə olardı?”-deyə, Sovet dönəmində Kremlin “siyasi mətbəxinə” yaxından bələd olan A.Mütəllibov təəccüünü gizlətməyib.

Eks-prezidentin dedikləri ilə nüvə üzrə alim, akademik Cavad Abdinov da razıdır. Bəs o nə deyir?

Akademikin fikirləri ilə daha ətraflı bu ling-dən tanış ola bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.