Ben Uolles NATO-nun Baş katibi olmaq şansını itirə bilər

12-03-2023, 09:05           
Ben Uolles NATO-nun Baş katibi olmaq şansını itirə bilər
Böyük Britaniya müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmasa, ölkənin müdafiə naziri Ben Uollesin NATO-nun növbəti Baş katibi olmaq şansı olmayacaq.

Bu barədə “The Telegraph” qəzeti xəbər verir.

Alyansdakı mənbələrin bildirdiyinə görə, Uollesin müdafiə xərclərindən danışdığına hamı diqqət yetirib. Əgər o, bu xərclərin artmasına nail olmasa, böyük ehtimalla NATO-nun növbəti Baş katibi başqa ölkədən olacaq.

Nəşr qeyd edib ki, Fransa Avropa İttifaqı ölkələrindən birinin alyansın növbəti baş katibi olmasına üstünlük verəcək.

Bundan əvvəl “Daily Mail” qəzeti bildirib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ-a səfəri zamanı ölkənin müdafiə büdcəsinin artırılması ilə bağlı açıqlama verəcək. Lakin bu məbləğ Uollesin tələb etdiyi 11 milyard funt-sterlinqdən çox olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru