ABŞ-ın nüvə təyyarəsi Baltik dənizinin neytral sularında manevr edib

12-03-2023, 09:30           
ABŞ-ın nüvə təyyarəsi Baltik dənizinin neytral sularında manevr edib
ABŞ-ın nüvə silahı daşımağa qadir olan “Boeing B-52 Stratofortress” strateji bombardmançı təyyarəsi Bali dənizinin neytral suları üzərində xarakterli manevrlər edib.

APA-nın məlumatına görə, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb. Ehtimal olunur ki, təyyarə Rusiya Federasiyası ərazisinə raket buraxılışını həyata keçirə bilər.

Bildirilir ki, təyyarə Polşadan havaya qalxıb, bundan sonra Rusiya ilə sərhədlərə çatmayaraq, Finlandiya körfəzi üzərində geri dönərək əks istiqamətə uçub. Hadisə martın 11-i axşam saatlarında baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru